AzerTech Service çoxfunksiyalı mexaniki bölməyə malidir: mühərrik təmiri, işlək hissənin təmiri, ehtiyat hissələrinin dəyişməsi, diaqnostika, yağdəyişmə və s. Qeyd etmək lazımdır ki, AzerTech Service tam avtomatlaşmış pompa tipli yağdəyişmə sisteminə malikdir ki, bu da prosesin daha operativ və funksional olmasına xidmət edir. Mexaniki şöbə RAVAGLIOLI, RAASM, STAHLWILLE, FORCE, FORSAGE kimi aparıcı istehsalçı şirkətlərin məhsulu olan professional avadanlıq və alətlərlə təchiz olunub. Müştərinin istəyinə əsasən bu şöbədə avtomobilə istənilən əlavə avadanlıq quraşdırmaq mümkündür. Daha effektiv nəticə əldə etmək üçün mühərrik təmiri xüsusi ayrılmış otaqda aparılır.